“Taliban”ın qurucusunun oğlu öldürülüb

talibanin-qurucusunun-oglu-oldurulub
Oxunma sayı: 1070

“Taliban” terror təşkilatının qurucusu və mənəvi lideri molla Ömərin oğlu Pakistanda öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İrna” agentliyi mənbəsinə istinadən məlumat yayıb. Molla Yaqubun Pişəvər şəhərində öldürüldüyü bildirilir. 

Bəzi mənbələr isə onun əvvəlcə qaçırıldığını, daha sonra qətlə yetirildiyini iddia edirlər. 

“Taliban” nümayəndələri hələ ki məlumata şərh verməyiblər.