Talıbov tapşırıq verdi- - Foto

talibov-tapsiriq-verdi-
Oxunma sayı: 3525


“Qafqazinfo”nun məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səyyar xidmət üçün xüsusi avadanlıqlarla təchiz edilmiş avtomobillərə baxıb, səyyar xidmətin təşkili ilə maraqlanıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin səyyar xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara 5 hüquqi xidmət – ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə xidmətlər göstəriləcək. Nazirliyin səyyar xidmət avtomobilində quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlərdə vətəndaşlara təqdim olunmasına imkan verəcək.

Hər iki səyyar xidmət avtomobili kənd mərkəzlərinin yaxınlığında fəaliyyət göstərəcək, xidmətlərə görə rüsumlar POS-terminal və yerlərdəki poçt şöbələri vasitəsilə ödəniləcək. Həmçinin yaşayış məntəqələrində səyyar xidmətin göstərilməsi barədə əvvəlcədən elanlar vurulacaq və sakinlər arasında müvafiq maarifləndirmə işləri aparılacaq.

Ali Məclisin Sədri səyyar xidmətin təşkili və təkmilləşdirilməsi ilə bağlı aidiyyəti orqanlara müvafiq tapşırıqlar verib.