“Tam aydın deyil postpandemiya dövrünə qədəm qoymuşuq, ya yox”

tam-aydin-deyil-postpandemiya-dovrune-qedem-qoymusuq-ya-yox
Oxunma sayı: 1556

“Pandemiya qlobal gündəlikdə bir nömrəli məsələdir. Biz pandemiya, postpandemiya dövrü haqqında danışdıq. Hətta tam aydın deyil biz postpandemiya dövrünə qədəm qoymuşuq, yoxsa yox. Çünki müxtəlif ölkələr fərqli yanaşmalar sərgiləyir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı söyləyib.

Dövlət başçısı qeyd edib ki, bu xəstəliyin başladığı ilk günlərdən etibarən Azərbaycan həm daxildə, həm beynəlxalq səviyyədə çox fəal işləyib: “Biz regionda ilk ölkələrdən biri idik ki, yaşı 18-dən yuxarı olan əhalisinin təxminən yarıdan çoxunu – 60 faizini iki doza peyvənddən keçirə bildik. Biz 13 yeni dövlət xəstəxanası açdıq. Demək olar ki, 4 minə yaxın çarpayı potensialı ilə bu təsisatlar hazırda pandemiyadan əziyyət çəkən çox sayda insanlara xidmət göstərir və indi pandemiya nəzarət altındadır”.