TANAP-ın təməli qoyuldu- - Üç prezident mərasimdə

tanap-in-temeli-qoyuldu-
Oxunma sayı: 2285


“Qafqazinfo”nun  APA-ya istinadən məlumatına görə, Türkiyənin Qars şəhərində Trans-Anadolu boru kəmərinin (TANAP) təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçovic, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak edib. Düymə hər üç ölkə prezidenti tərəfindən basılıb.  

Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP layihəsi çərçivəsində ilk qaz nəqlinə 2018-ci ildə başlanması planlaşdırılır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard, daha sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

***

“Türkiyənin şərq sərhədindən başlayıb, qərb sərhədlərini keçməklə, Avropaya qaz daşıyacaq TANAP layihəsinin sülh və əmin-amanlıq da daşıyacağına ümid edirik”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP layihəsinin Qarsda təməlqoyma mərasimində deyib. 

Onun sözlərinə görə, dünyada neft-qaz layihələrin çoxu müharibə, münaqişələrlə xatırlanır: “Biz TANAP layihəsinin barışla, sülhlə anılacağına ümid edirik. Biz heç zaman başqasının problemləri üzərində rifah qurmağı düşünməmişik. Bu layihə ilə dünyaya yeni yanaşma nümayiş etdirə biləcəyimizi düşünürük. Layihənin hər zaman tədarükçüsü, tranzit ölkə və istehlakçısı olur. Burada Azərbaycan tədarükçü rolunda çıxış edir. Gürcüstanla Türkiyə isə həm tranzit, həm də istehlakçı ölkələrdir. Avropa da istehlakçı olacaq”.

Türkiyənin son bir neçə ildə əldə etdiyi uğurlardan danışan prezident Ərdoğan ölkəsinin enerji paylanması mərkəzinə çevrilməsinin planlaşdırıldığını qeyd edib: “Bizim digər təbii qaz-neft layihələrimiz davam edir, TANAP bunların içərisində fərqli əhəmiyyətə malikdir. TANAP-a alternativ layihə yoxdur. Cənub Qaz Dəhlizinin bütün mərhələlərini həyata keçirdikdən sonra Avropa ilə Xəzər dənizi arasında vacib bağlantı formalaşdıracağıq. Buna bütün Asiya regionunun ehtiyacı var”. 

Ərdoğan boru xətti ilə təbii qaz nəqlinin 2018-ci ildə başlayacağını bildirib.