Tanınmış aktrisa xərçəngdən vəfat etdi

taninmis-aktrisa-xercengden-vefat-etdi
Oxunma sayı: 4464

Amerikalı aktrisa Enni Verşinq dünyasını dəyişib.

“Qafqazinfo” “Deadline” nəşrinə istinadən xəbər verir ki, o, 45 yaşında onkoloji xəstəlikdən vəfat edib.

Qeyd edək ki, E. Verşinqə 2020-ci ildə xərçəng diaqnozu qoyulmasına baxmayaraq, o, karyerasını davam etdirib, “Star Trek: Picard” və “The Rookie” kimi serialların yeni mövsümlərində çəkilib.

E. Verşinq, həmçinin “Supernatural”, “24 hours”, “Castle”, “NCIS”, “Boston Legal” serialları ilə tanınıb.