Dünya şöhrətli aktyor Rutqer Hauer 75 yaşında vəfat edib.
“Qafqazinfo” “Variety” jurnalına istinadən xəbər verir ki, aktyor uzun sürən xəstəlikdən ölüb. O, Hollandiyadakı evində keçinib.
Qeyd edək ki, Rutqer Hauer aktyor ailəsində doğulub. Onu 1999-cu ildə vətənində “100 ilin ən yaxşı aktyoru” elan ediblər. Hauer iki “Qızıl Qlobus”un və bir sıra beynəlxalq mükafatların sahibidir.
Son xəbərlər
Son Xəbərlər