Tanınmış aktyor əməliyyat olundu - Foto

taninmis-aktyor-emeliyyat-olundu
Oxunma sayı: 1433

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynov əməliyyat olunub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bu barədə aktyorun həkimi Cəfər Nəsirli məlumat verib.

O, qeyd edib ki, İlham Hüseynovun vəziyyəti yaxşıdır:

“Əməliyyat uğurlu keçdi. Xəstə bu gün reanimasiyada olacaq, sabahdan isə palataya köçürüləcək”.

Qeyd edək ki, artroz xəstəliyindən əziyyət çəkən aktyor Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Korpusunda əməliyyat olunub.