Tanınmış aktyor vəfat edib - Fotolar

taninmis-aktyor-vefat-edib
Oxunma sayı: 2768

Britaniyalı aktyor Con Fordhem 76 yaşında dünyasının dəyişib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Aktyorun ölüm xəbərini qızı Conesta təsdiq edib.

Xəstəxanadan verilən məlumata görə, ölümə daxili qanaxma səbəb olub. Belə ki, Con martın 8-də yaşadığı evdə yataqdan yıxılıb. Xəstəxanaya yerləşdirilən aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Aktyor "İtalyanca oğurluq", "Qadın futbolçu", "Əjdahanı öp" və digər filmlərdə rol alıb.