Türkiyənin tanınmış aktyoru Ayberk Pekcan vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Star” məlumat yayıb.
Bildirilib ki, bir müddətdir ağciyər xərçəngindən müalicə alan məşhur aktyor ötən həftə doğulduğu Mersində reanimasiyaya yerləşdirilib.
Aktyor bu gün Mersin şəhərində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, 52 yaşlı A.Pekcan daha çox "İhlamurlar Altında", "Yaprak Dökümü", "Kurtlar Vadisi", "Keşanlı Ali Dastanı" və "Diriliş Ertuğrul" seriallarındakı rolu ilə tanınıb.
Son xəbərlər
Son Xəbərlər