Tanınmış bioloq alim, Fiziologiya İnstitutunun baş elmi işçisi Telman Ağayev bu gün 84 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə alimin müxbir üzvü olduğu AMEA məlumat yayıb.
Qeyd edək ki, Telman Ağayev təkamül fiziologiyası və biokimyası sahəsində mütəxəssis idi. O, filogenez və ontogenezin ayrı-ayrı səviyyələrində duran orqanizmlərin mərkəzi sinir sisteminin sensor və hüceyrə biokimyası üzrə elmi istiqamətin təşkilatçısı və ardıcıl davamçısı kimi tanınırdı.
Alim 340 elmi əsərin, o cümlədən 10 monoqrafiyanın müəllifi idi.
Son xəbərlər
Son Xəbərlər