Tanınmış aparıcı illər sonra Azərbaycan efirinə qayıtdı - Video

taninmis-aparici-iller-sonra-azerbaycan-efirine-qayitdi
Oxunma sayı: 19150

Tanınmış xəbər aparıcısı Nigar Mahmudova uzun fasilədən sonra yenidən Azərbaycan efirində olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xəzər TV-nin rəhbəri, Xalq artisti Murad Dadaşov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, N.Mahmudova “Xəzər Xəbər”də aparıcılıq edəcək: 

“Artıq bir müddətdir bizimlə birgə olan Nigar Mahmudova, bu gündən xəbər spikeri kimi efirimizdə olacaq. İnkişaf xəttini özü üçün prioritet seçən "Xəzər Media Mərkəzi" qarşınıza daima yeniliklərlə gələcək. Nigar Mahmudovanı aramızda görməkdən çox məmnunuq və bərabər çıxdığımız yolda Azərbaycan adına daima uğurlu işlərə imza atacağımıza inanırıq!”. 

Qeyd edək ki, ANS-in keçmiş aparıcılarından olan Nigar Mahmudova uzun müddətdir Türkiyədə yaşayır və fəaliyyət göstərirdi.