Azərbaycanın tanınmış blogerləri Nagehan Akpınar (Abdullayeva) və Fərid Abdullayev ayrılır.
“Qafqazinfo”nun məlumatına görə, 2017-ci ildə Türkiyənin məşhur evlilik proqramında (Hande Ataizi ile... ) tanış olan və orada nikah bağlayan cütlük münasibətlərinə nöqtə qoymaq qərarına gəlib.
Onlar instaqramda bir-birini izləmədən çıxarıb, birlikdə paylaşdıqları fotoları isə siliblər.

Nagehan bir neçə gün əvvəl İstanbula gedib, boşanma ərizəsi ilə məhkəməyə müraciət edəcəyi iddia olunur. Boşanma səbəbi kimi diqqətsizlik və ailədaxili anlaşılmazlıq göstərilib.
N. Akpınarın rəsmi ayrılıqdan sonra Türkiyəyə köçəcəyi, fəaliyyətini orada davam etdirəcəyi bildirilir.
Qeyd edək ki, cütlüyün bu nikahdan Kumsal adlı bir qız övladı var.



Son xəbərlər
Son Xəbərlər