Tanınmış ərəb diplomat çıxışı zamanı öldü - Video

taninmis-ereb-diplomat-cixisi-zamani-oldu
Oxunma sayı: 6701

Misirin Qahirə şəhərində Səudiyyə Ərəbistanından olan tanınmış diplomat Məhəmməd əl-Kahtani Ərəb-Afrika konfransında çıxışı zamanı dünyasını dəyişib.

Bu barədə “Qafqazinfo” Tahiamasr.com-a istinadən xəbər verir.

Kadrlardan göründüyü kimi, diplomat huşunu itirib və yıxılıb. Həkimlər ona ilkin tibbi yardım göstərməyə cəhd etsələr də, əl-Kahtaninin həyatını xilas etmək mümkün olmayıb.

Onun ölüm səbəbi hələlik məlum deyil.