Tanınmış fotoqraf vəfat etdi - Foto

taninmis-fotoqraf-vefat-etdi
Oxunma sayı: 5177

Tanınmış fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Şamil Asimoğlu (Talıbov) vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun həmkarları sosial şəbəkədə məlumat yayıblar. O, ötən gün dünyasını dəyişib. 36 yaşlı fotoqrafın ölüm səbəbi açıqlanmayıb. 

Qeyd edək ki, Ş.Asimoğlu peşəkar fotoqraf kimi bir sıra qurumlarda çalışıb və müxtəlif foto müsabiqələrinin qalibi olub.

Xatırladaq ki, Şamil Talıbov Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi olub. Milli Məclisin rəhbərliyi Şamil Talıbovun vəfatından kədərləndiyini bildirib və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.