Fransız aktyor və rejissor Jak Perren cümə axşamı Parisdə 80 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Qeyd edək ki, Jak Perren 1941-ci ildə Parisdə anadan olub, gənc yaşlarından filmlərdə rol alıb. 1966-cı ildə Venesiya Film Festivalında “Half Man” filmində ən yaxşı aktyor roluna görə “Volpi” kubokunu alıb. 2016-cı ildə Fəxri Legion ordeninin komandiri adına layiq görülüb.
Son xəbərlər
Son Xəbərlər