Tanınmış ginekoloq konfransda çıxış etdi - Fotolar

taninmis-ginekoloq-konfransda-cixis-etdi
Oxunma sayı: 3922

Tanınmış ginekoloq, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşmə İnstitutunun mama-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, Fransada ixtisaslaşmış İlahə Quliyeva Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən beynəlxalq ekspertlərlə eyni paneldə öz sahəsində kifayət qədər tanınan, uğurları ilə seçilən İlahə Quliyeva ginekoloji xəstəliklərin müalicəsində innovasion texnologiyaların tətbiqinə dair geniş təhlillər aparıb.

Qeyd edək ki, İlahə Quliyeva Avropa Endoskopik Ginekoloqlar Cəmiyyətinin və Fransa Milli Mama Ginekoloqlar Kollecinin üzvüdür.

Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra İlahə Quliyeva 5 il müddətində Fransanın Lyon şəhərində mamalıq və ginekologiya üzrə ixtisaslaşma keçib, Qadın Ana Uşaq Universitet Baza Xəstəxanasında mama-ginekoloqiya şöbəsində çalışıb.

2006-2010-cu illərdə Fransa Dövlət Təqaüdünə və Azərbaycan Dövlət Təqaüdünə layiq görülüb. 2018-ci ildə Mamalıq Ginekologiya və Cərrahlıq ixtisasları üzrə tibb üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün müdafiə edib. Hazırda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşmə İnstitutunun dosenti olaraq gənc mütəxəssislərin təcrübə qazanması, həkimlərin təkmilləşdirilməsi prosesində iştirak edir.

 

#İlahəQuliyeva  #mamaginekologiya  #​ginekoloq