Tanınmış həkimin anası vəfat etdi - “Qətl olduğunu düşünürük”

taninmis-hekimin-anasi-vefat-etdi
Oxunma sayı: 6977

Tanınmış həkim terapevt Aysel Əskərovanın anası vəfat edib.

Bu barədə paylaşım edən həkimin iddiasına görə, anası öz əcəli ilə ölməyib, qarət məqsədilə öldürülüb: “Anamın pilləkəndən yıxılaraq həyatını itirdiyini dedilər. Biz bunun qarət məqsədilə törədilmiş qətl olduğunu düşünürük”.

Xəbəri rus dilində oxuyun: На Джалала Гурбанова напали собаки, когда он ехал верхом - Видео

“Qafqazinfo” məsələ ilə bağlı həkimlə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, hadisə ötən gecə Lənkəranın Girdəni kəndində baş verib: “Anam 1965-ci il təvəllüdlüdür. Bacım qızı ilə yaşayırdı. Qız səhər oyanıb görüb ki, anamın üst-başı qan içindədir. İlkin məlumat olaraq onun pilləkəndən yıxılıb öldüyünü deyirlər. Amma biz buna inanmırıq, anamın üzərində xəsarət izləri var”.

Hüquq-mühafizə orqanlarından saytımıza hadisənin araşdırıldığını bildiriblər.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 1965-ci il təvəllüdlü Qismət Əskərovanın ölməsi faktı ilə bağlı hazırda Lənkəran rayon prokurorluğunda araşdırma aparılır, ölümün səbəbini müəyyən etmək məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilmiş, müvafiq izahatlar alınmış və digər zəruri prosessual hərəkətlər icra olunur. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcək.