Tanınmış “İELTS” müəlliminin iddiası təmin edildi

taninmis-ielts-muelliminin-iddiasi-temin-edildi
Oxunma sayı: 2989

Azərbaycanda “İELTS” imtahanlarında danışıq üzrə mütəxəssis işləyən Pakistan vətəndaşı Arpana Laute tədriz mərkəzi olan “GRBS”yə qarşı məhkəmə iddiası üzrə apellyasiya prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “GRBS İnternational Training Centre” MMC-də bir müddət müəllim kimi fəaliyyət göstərən A.Laute əmək haqqısını ala bilmədiyini iddia edib.

O, məhkəmədə müqavilə üzrə borcun və dəymiş zərərin ödənilməsini “GRBS”dən tələb edib.

İş üzrə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində qətnamə qəbul edilib. Qərara əsasən, A.Lautenin iddiası təmin edilib. Bundan sonra cavabdeh olan “GRBS” qərardan apellyasiya şikayəti verib.

İş icraata götürülüb və aprelin 12-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, qətnamə dəyişdirilmədən saxlanılıb.

Murad Əhməd