Tanınmış jurnalist ATV rəhbərinin müşaviri oldu

taninmis-jurnalist-atv-rehberinin-musaviri-oldu
Oxunma sayı: 3993

Əməkdar jurnalist  Səadət Məmmədova beş ildir çalışdığı CBC TV ilə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib.

S. Məmmədova ATV rəhbərinin (Azər Xəlilov-red.)  informasiya yayımı üzrə müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Səadət Məmmədova 2015-ci ilin oktyabrından “CBC”də Xəbərlər və İnformasiya Departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib.