Bunlardan ən maraqlısı, əlbəttə ki, yeni çağırış parlamentdə namizədliyini irəli sürəcək şəxslərlə bağlıdır. “Qafqazinfo” xəbər verir ki, seçkiyə hazırlaşan şəxslərdən biri də jurnalist İlhamiyyə Rzayevadır. O, 2015-ci il seçkilərinə hədəf olaraq yaradılan “125”lər siyasi klubunun sədridir. Jurnalist artıq namizəd olacağı dairəni də müəyyənləşdirib. İ.Rzayeva "Qafqazinfo"ya açıqlamasında 17 saylı Yasamal rayon 3-cü seçki dairəsindən namizədliyini irəli sürəcəyini bildirib.
Maraq üçün deyək ki, həmin seçki dairəsi üzrə hazırki deputat Ülvi Quliyevdir.
Son xəbərlər
Son Xəbərlər