Tanınmış jurnalist millət vəkili olmaq istəyir

taninmis-jurnalist-millet-vekili-olmaq-isteyir
Oxunma sayı: 1703

Türkiyənin tanınmış jurnalisti İrfan Deyirmenci millət vəkili olmaq istəyir.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkədə məlumat yayıb. İrfan CHP partiyasından deputatlığa namizədliyini irəli sürüb. 16 aprel referendumunda “Yox” səsindən istifadə edəcəyini açıqladığı üçün işdən qovulan Deyirmenci bu dəfə bəxtini siyasət sahəsində sınayacaq:

“Bu günə qədər təqaüdçülər, haqsızlığa məruz qalanlar və gözəl ölkəmizin cəsarətli insanları üçün apardığım mübarizəni bundan sonra CHP tavanı altında davam etdirmək üçün millət vəkilliyinə namizəd oldum. Parlamentar demokratiyaya, azadlığımıza sahib çıxacağıq. Gözəl günlər yaxındadır”.

Nuranə