Tanınmış jurnalist qalib gəldi

taninmis-jurnalist-qalib-geldi
Oxunma sayı: 1167

Tanınmış jurnalist Azər Qismət “Ən yaxşı hekayə” müsabiqəsində qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, manera.az saytının keçirdiyi müsabiqədə ümumilikdə 400-ə yaxın müəllifin yaradıcılıq nümunəsi münsif heyətinə təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən: "Ən yaxşı hekayə" nominasiyası üzrə; I yerin qalibi Azər Qismət “Hamilə dəli” hekayəsi ilə olub.

II yerin qalibi Yaşar Bünyad - "General" hekayəsi,
III yerin qalibi Vüsal Oğuz - "Nisyə" hekayəsi.

Sayt həmçinin “Ən yaxşı şeir” , “Ən yaxşı tərcümə” nominasiyaları üzrə də müsabiqə keçirib.