Tanınmış jurnalist xəstəxanaya yerləşdirildi - Yenilənib

taninmis-jurnalist-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 2630

Tanınmış jurnalist Qadir İbrahimli reanimasiyaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə onun həmkarları bölüşüb. 

Bildirilir ki, İbrahimli ötən gün Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Jurnalistin səhhətində yaranmış problemlərlə əlaqədar vəziyyətinin pisləşdiyi qeyd olunur.

Qeyd edək ki, Qadir İbrahimlinin qaraciyər sirrozundan əziyyət çəkdiyi bildirilir.

***

TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, jurnalist Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir və həkimlərin ciddi müşahidəsi altındadır.