Tanınmış jurnalistlərin tələbə olmuş övladları

taninmis-jurnalistlerin-telebe-olmus-ovladlari
Oxunma sayı: 1668


“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, builki qəbul imtahanlarında yüksək bal tolayaraq, ali məktəb tələbəsi olanlar sırasında tanınmış jurnalistlərin də övladları var. 

“Yeni Müsavat” qəzetinin şərhçisi Azər Rəşidoğunun qızı Ülkər Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub.  “Qızım Ülkər 600 bal ilə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olundu. Bu fakültədə oxumaq ən böyük arzusu idi”-deyə Azər Rəşidoğlu sevincini bölüşüb

Digər tanınmçmış jurnalist, “Aktual.az” saytının rəhbəri Anar Yusifoğlunun qızı Aytən Yusifzadə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olunub.

Bir neçə gün öncə jurnalistin oğlu Elnur Yusifzadə İstanbul Universitetinin Fəlsəfə, fakültəsinin tələbəsi adını qazanmışdı.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri, jurnalist Əmrah Fəqanoğlunun da ailəsində sevinc yaşanır. Belə ki, onun oğlu Kənan yüksək balla Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunub

Modern.az saytının redaktoru Əziz Rzazadənin isə iki övladı ali məktəbə daxil olub. Həmkarımızın oğlu Murad Dövlət İqtisad Universitetunun kommersiya fakültəsinin, qızı Dilarə isə Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinin tələbəsi adını qazanıb.

Təbrik edirik!