Tanınmış logistika şirkətində yay təcrübə proqramına qəbul başladı

taninmis-logistika-sirketinde-yay-tecrube-proqramina-qebul-basladi
Oxunma sayı: 1242

166 Yükdaşıma və Logistika şirkəti növbəti yay təcrübə proqramına start verir! 

“Qafqazinfo” xəbər verir ki, dördüncü kurs tələblələri, bakalavr təhsilini 2021-ci ildə bitirənlər və ya magistr dərəcəsi üzrə təhsil alan namizədlər “166 Logistika Akademiyası - 2021” yay təcrübə proqramına müraciət edə bilərlər. Qəbul olan gənclər real iş mühitində həm logistika sahəsində, həm də digər sahələrdə təcrübə qazanmaq şansını əldə edəcəklər.

166 Logistika Akademiyası – 2021 yay təcrübə proqramı şirkətin aşağıda göstərilmiş sahələri üzrə keçiriləcək:  

- İnsan Resursları

- Nəqliyyatın İdarə Olunması

- Marketinq və Biznesin İnkişafı

- Qrafik Dizayn

- E-kommersiya

- Data Analitikası

- Hüquq

- Maliyyə və Mühasibatlıq

- Korporativ Əməliyyatlar

- Çağrı Mərkəzi

- Korporativ Satış

- İnformasiya texnoloqiyaları

- Təchizat

- Müştəri məmnuniyyəti

Qəbul prosesi üç mərhələdən – elektron müraciətin doldurulması, test imtahanı və müsahibə mərhələsindən ibarətdir.

Müraciət üçün namizədlər hr.166.az işə qəbul portalına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Sənədlərin son qəbul tarixi: 31.07.2021

Qeyd: Təcrübə proqramı çərçivəsində iştirakçılara tam iş günü və şirkət tərəfindən əmək haqqı ödənilməsi nəzərdə tutulur.

2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” yay təcrübə proqramına ümumilikdə 3500-dən artıq müraciət qeydə alınıb. Bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 96 nəfər yay təcrübə proqramına qəbul olunub və 43 nəfər uğurla tamamlayaraq şirkətdə işlə təmin edilib.