Tanınmış model də qəzaya düşən təyyarədə olub

Tanınmış model də qəzaya düşən təyyarədə olub
Oxunma sayı: 7856

Bu gün Pakistanın Kəraçi hava limanı yaxınlığında qəzaya uğramış təyyarədə tanınmış model Zara Abid də olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, əvvəlcə təyyarədə olan 107 nəfərin hamısının dünyasını dəyişdiyi bildirilsə də, daha sonra ölənlərin sayının 35 nəfər olduğu açıqlanıb. Zara da ölənlər arasındadır.

Maraqlıdır ki, Zaranın rəsmi instaqram səhifəsində sonuncu paylaşımı da təyyarədə çəkdirdiyi foto olub. O, şəklə belə şərh verib: “Yüksəklərdə uçmaq yaxşıdır”.

Xatırladaq ki, Lahor-Kəraçi reysini yerinə yetirən laynerdə 99 sərnişin, 8 heyət üzvü olub. A-320 təyyarəsi evlərin üstünə düşüb. Nəticədə 5-6 ev də dağılıb. Uçqun altından 20 nəfər xilas edilib. 









Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi