Tanınmış modelyer dünyasını dəyişdi

taninmis-modelyer-dunyasini-deyisdi
Oxunma sayı: 1993

Tanınmış fransız modelyer Emanuel Unqaro 86 yaşında dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “AFP” agentliyi xəbər verib.

Qeyd edilir ki, kutürye Parisdə vəfat edib. Sənətkarın ailə üzvləri bildirib ki, son illər Unqaronun səhhəti hədsiz pisləşmişdi. 

Unqaro 1933-cü ildə Eks-an-Provansda İtaliyadan gələn immiqrantlar ailəsində anadan olub. O, erkən yaşlarından dəblə maraqlanmağa başlayıb. “Balenciaga” kompaniyasında çalışıb, daha sonra özünün “Ungaro” moda evinin əsasını qoyub.