Tanınmış müğənni vəfat etdi

taninmis-mugenni-vefat-etdi
Oxunma sayı: 2749


“Qafqazinfo”nun axşam.az-a istinadən məlumatına görə, bir müddət əvvəl xəstəxanada müalicə almağa başlayan sənətçi bu gün səhər vəfat edib. O, ağciyər iltihabından əziyyət çəkirmiş.

Senarın qızı Fərayə İşıl açıqlamasında anasının son günlər vəziyyətinin ağırlaşdığını bildirib.

Qeyd edək ki, 1918-ci ildə dünyaya gələn müğənni Mustafa Kamal Atatürkün ən çox sevdiyi sənətçilərdən olub. Müzeyyen dəfələrlə Atatürkün şəxsi ziyafətlərində mahnı oxuyub. 30 albom çıxaran sənətçi sonuncu dəfə 1983-cü ildə konsert verib. Ondan sonra isə nadir hallarda oxuyub.