Kimya üzrə Nobel mükafatçısı Keri Mullis 74 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kimyaçının xanımı Nensi Kosqrouv jurnalistlərə açıqlamasında onun Nyuport-Biçdəki evində keçindiyini deyib. Mullisin ölümünə səbəb infarkt keçirməsi olub.
Qeyd edək ki, Mullis britaniyalı alim Mayk Smitlə birlikdə DNT analizinin sadə və asan metodunun açılışına görə 1993-cü ildə Nobel mükafatı alıb.
Son xəbərlər
Son Xəbərlər