Tanınmış oliqarx Moldovadan qaçdı

taninmis-oliqarx-moldovadan-qacdi
Oxunma sayı: 1284

Moldovanın Demokrtatik Partiyası ilə əlaqəli olan siyasətçi və biznesmenlər ölkəni tərk edir.

“Qafqazinfo” ölkənin yerli mətbuatına istinadən xəbər verir ki, bir neçə saat ərzində Kişinyovdan üç şəxsi təyyarə uçub. “Flightradar24” xidmətinin məlumatına görə, “Bombardier CRJ-200LR” təyyarəsi Moskvaya, “Gulfstream G200” Odessaya, üçüncü biznes-cet isə Londona uçub.

Ehtimala görə, təyyarələrin birində ölkənin tanınmış oliqarxı, Demokratik Partiyanın lideri Vlad Plaxotnyuk da uçub.

Bütün bunlar Pavel Filipin başçılığı altında Demokratik Partiyanın istefa verməsindən sonra baş verib.