Tanınmış qolfçu qəzaya düşdü

taninmis-qolfcu-qezaya-dusdu
Oxunma sayı: 831

Tanınmış amerikalı qolfçu Tayqer Vuds Kaliforniyada qəzaya düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, Vudsun maşını magistralda gedərkən yuvarlanıb. Hadisə yerinə təcili yardım xidməti cəlb edilib. Qolfçu çətinliklə maşından çıxarılaraq, yaralı halda xəstəxanaya aparılıb.

Onun vəziyyəti haqqında məlumat verilməsə də, maşın yararsız hala düşüb.

Faktla bağlı araşdırmalar davam edir.