Tanınmış qrupun üzvünü maşın vuraraq öldürdü- - Şirvanda

taninmis-qrupun-uzvunu-masin-vuraraq-oldurdu-
Oxunma sayı: 6201


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu günə Şirvan şəhərinin “Yeganə” şadlıq sarayında təyin olunan toy mərasimində iştirakı planlaşdırılan qrupun üzvlərindən biri- nağara ifaçısı 1967-ci il təvəllüdlü Mirzəyev Rəfayıl Əliheydər oğlu yolu keçərkən avtomobil vurub.

Rəfayıl Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qrup baş vermiş faciə ilə əlaqədar  şadlıq sarayında nəzərdə tutulan toy mərasimində iştirakdan imtina edərək oranı tərk edib.