Tanınmış rusiyalı aparıcı ölkədən getdi

taninmis-rusiyali-aparici-olkeden-getdi
Oxunma sayı: 4489

Rusiyanın NTV telekanalının aparıcısı Liliya Gildeyeva Rusiyadan köçüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə @varlamov_news teleqram telekanalında məlumat verilib.

Tanınmış aparıcı işdən çıxması barədə ərizəni artıq xaricdə olarkən yazıb.

“Əvvəlcə köçdüm, qorxurdum ki, elə-belə buraxmazlar, sonra ərizə yazdım”, - aparıcı danışıb.

Qeyd edək ki, L. Gildeyeva 2006-cı ildən sözügedən telekanalda çalışırdı. O, “Seqodnya” xəbər proqramının aparıcısı idi.