Rusiyanın “NTV” televiziyasının hava proqnozunun aparıcısı, alim, coğrafiya elmləri namizədi Aleksandr Belyayev 71 yaşında dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə telekanal xəbər verib.
Qeyd edilir ki, o, reanimasiyada vəfat edib.
Teleaparıcı uzun illər idi ki, onkoloji xəstəliklə mübarizə aparırdı. 2017-ci ildə o, iki əməliyyat keçirmişdi.
Belyayev Rusiya Televiziya Akademiyasının üzvü idi.
Son xəbərlər
Son Xəbərlər