Tanınmış şirkətdən şəhid ailəsinə dəstək - Fotolar

taninmis-sirketden-sehid-ailesine-destek
Oxunma sayı: 4738

Tovuz döyüşlərində şəhid olmuş gizir Yaşar Babayev və baş əsgər Elşad Məmmədovun ailəsini Azərbaycanda gigiyena məhsulları və uşaq bezləri sektorunun aparıcı şirkətlərindən olan “VƏLİOĞLU-2018”  öz məhsulları ilə ödənişsiz təmin edəcək. 

"Qafqazinfo" xəbər verir ki, şirkət, şəhid Yaşar Babayevin qızı Narin Babayevanın və şəhid Elşad Məmmədovun Məhəmməd adlı  7 aylıq övladının gigiyena məhsullarını (Predo bezləri, nəm salfetləri, uşaq şampunları ), həmçinin, ailəni Predo yuyucu tozları, Kris sabunları və Lexi şampunları kimi məhsulları ilə təmin edəcək. 

Qeyd edək ki, şirkət 2018-ci ildən "Predo" uşaq bezləri və baxım lexi şampunları, kris sabunları məhsullarının satışı və rəsmi distribütorluğu ilə məşğuldur. 2 ildir fəaliyyət göstərməsinə baxmayaraq, şirkət bir çox xeyriyyə tədbirlərində aktiv iştirak edib.