Tanınmış şirkətin əməkdaşını “şot” verən yerdə görüb soydular

taninmis-sirketin-emekdasini-sot-veren-yerde-gorub-soydular
Oxunma sayı: 5535

Nizami Rayon Polis İdarəsinin əməliyyatçıları Bakı sakini Vasif Namazova qarşı quldurluq etməkdə şübhəli bilinən 4 nəfəri yaxalayıb.

"Qafqazinfo" musavat.com-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən gecə klublarından birinin yaxınlığında baş verib. Keşlə qəsəbə sakinləri 23 yaşlı Elvin Abaszadə, həmyaşıdları Vahid Şirinov, Şahin Kərimov və Füzuli rayon sakini 25 yaşlı Rəşad Məhərrəmovla birlikdə istirahət edərkən “Avromed” əczaçılıq şirkətinin əməkdaşı Vasif Namazovun ofisianta hesab verdiyini görüblər. Namazov pulu cibindən çıxaranda Rəşad Məhərrəmov onda çoxlu pul olduğunu görüb.

Saxlanılaraq istintaqa təhvil verilən 23 yaşlı Elvin Abaszadə ilə Şahin Kərimov quldurluq hadisəsində iştirak etməkdiklərini bildiriblər. Elvinin sözlərinə görə, Rəşadla Vahidi “məhəllə uşaqları” kimi tanıdığından, onlarla gecə klubuna getməyə razılaşıb. Ancaq onların quldurluq edəcəyindən xəbərsiz olub.

Elvinlə Şahinin cinayətdə iştirak etməməsini Keşlədəki avtoyuma məntəqələrindən birində yuyucu işləyən Vahid Şirinov da təsdiqləyib. Şirinovun sözlərindən belə çıxır ki, zərərçəkmişə yaxınlaşan onunla Rəşad olub.

Zərərçəkmiş cibindən 800 manat aparıldığını bildirsə də, Vahid Şirinov cəmi 10 manat götürdüyünü deyib.

Qaranlıq məsələyə aydınlığı Rəşad Məhərrəmov gətirib: “Klubdan çıxanda ondan 20 manat pul istədim. İçkili idim. Dedim, borca 20 manat ver. Tanıyırdım, “Avromed”də işləyir. Dedi ki, problem yoxdur, gedək dükana, verim. Marketə girdik. Siqaret aldı, çıxdıq. Gördüm ki, pul vermək istəmir. Əlimi saldım cibinə, götürdüm. Pulu götürəndən sonra bunlara (dostlarına – red.) dedim ki, pul yoxdur, çıxın gedin. Pul məndə olub - 450 manat. Uşaqlara 5 manat verdim. Dedim ki, cibindən 10 manat çıxdı”.

Faktla əlaqədar Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin “Quldurluq” maddəsi ilə başlanan cinayət işi üzrə araşdırmalar davam edir.