Tanınmış şoumen 100 gündür ki, komadadır

taninmis-soumen-100-gundur-ki-komadadir
Oxunma sayı: 1624

Ötən ilin oktyabrında hamamda yıxılaraq qabırğalarını sındıran şoumen Mehmet Əli Ərbilin komada olmasının 100-cü günüdür.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcının qızı Sezin Ərbil sosial şəbəkədə atasının səhhətindən yazıb:

“Bu gün xəstəxanada 100-cü günümüzdür. Sizə veriləsi yeni xəbərimiz yoxdur. Atam Allahın köməyi ilə zamanla yaxşılaşacaq. Çox çətin günlər keçiririk. Xəstə olan hər kəsə şəfa diləyirəm”.