Tanınmış vəkil Vasif İsrafilov seçicilərə pulsuz hüquqi yardımı davam etdirir - Xaçmazda

taninmis-vekil-vasif-israfilov-secicilere-pulsuz-huquqi-yardimi-davam-etdirir
Oxunma sayı: 1760

56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd, tanınmış vəkil İsrafilov Vasif İmaməddin oğlu təbliğat-təşviqat kampaniyasını davam etdirir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Xaçmaz rayonunda seçicilərlə görüşlər keçirən V.İsrafilov onların şəxsi problemləri ilə də maraqlanır və ehtiyacı olanlara pulsuz hüquqi yardım göstərir. Tanınmış vəkilin bu istiqamətdə fəaliyyəti hazırda davam edir.

V.İsrafilov həmçinin fevralın 1-də Xudat şəhər mədəniyyət evində özünün təyin edilmiş görüş vaxtında həmin dairədən bütün namizədləri debata çağırıb, bu barədə şəxsən dairə seçki komissiyasına müraciət edib.

Eyni zamanda V.İsrafilov bütün kəndlərin və Xudat şəhərinin sakinlərini fevralın 1-də saat 12.00-da Xudat şəhər Mədəniyyət evində təyin edilmiş görüşə dəvət edib.

V.İsrafilov seçicilərə müraciət edərək bildirib ki, Xudat şəhərində daimi qərargahı olmaqla rayon əhalisi ilə mütəmadi olaraq görüşəcək: “Hər Xaçmazlının fərdi vəkili olacaq, həmişə əlçatan olacaq, hər bir vətəndaşın probleminə şəxsi problemim kimi yanaşacağam.

Xaçmaz mənim doğma vətənimdir, mən, Xudatda doğulmuşam-böyümüşəm, orta təhsil almışam, valideyinlərim, qardaşım, qohumlarım bu rayonda yaşayır, mən bu rayona bağlıyam, rayonun, hər bir vətəndaşın problemi mənim problemimdi.

Milli Məclisin son bir neçə çağırışında bizim dairədən başqa bölgələrdən olan  şəxslər deputat seçiliblər.

İnanıram ki, bu dəfə əl-ələ verərək hamı səsverməyə gedəcək, öz rayonumuzun övladına səs verəcək”.