Tanınmış xanəndə yenidən ana olub - Foto

taninmis-xanende-yeniden-ana-olub
Oxunma sayı: 869

"Muğam-2011" müsabiqəsinin qalibi, tanınmış xanəndə Səbinə Ərəbli ikinci uşağını dünyaya gətirib.

"Qafqazinfo" PrimeTime.Az-a istinadən xəbər verir ki, ifaçı bu barədə instagram hesabında məlumat verib: "Mətin balamızdan sonra bu gün yenidən valideyn olmaq çox gözəl hissdir. Xoş gəldin, gözəl oğlum. Xoş gəldin, balamız".

Qeyd edək ki, S.Ərəbli "Dünya" telekanalının aparıcısı İbrahim Azəri ilə 2015-ci il aprelin 3-də ailə həyatı qurub.