Bu gün Nizami Kino Mərkəzində “Zaman adlı qatar” filminin təqdimatı olub.
“Qafqazinfo”nun məlumatına görə, rejissorluğunu Kənan Musayevin etdiyi filmin qala gecəsinə şou və kino dünyasının tanınmış simaları qatılıb.
Ekran işində xalq artisti Həmidə Ömərova, əməkdar artist Suğra Bağırzadə, rəqqasə Oksana Rəsulova, Könül Nağıyeva, Ayaz Salayev, Şəhriyar Əbilov və başqaları rol alıblar.
Təqdimat mərasiminə əməkdar artist Dilarə Əliyeva, şoumen Murad Dadaşov, müğənnilər Zamiq Hüseynov, Natavan Həbibi, Sevil-Sevinc Səfərovalar, prodüser Tarix Əliyev (Tolik) qatılıb.
Tədbirin aparıcısı Murad Dadaşov olub, film barədə qısa məlumat verib.
Fotolar: Nuran












Son xəbərlər
Son Xəbərlər