Tanınmışlar şəhid ailələrini ziyarət etdi - Fotolar

taninmislar-sehid-ailelerini-ziyaret-etdi
Oxunma sayı: 1361

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Aprel döyüşlərində şəhid olanların ailələrini ziyarət edib. “Qafqazinfo” xəbər verir ki, yığıncaq Ramazan bayramı ilə əlaqədar baş tutub. 

Tanınmış müğənnilər Elnur Məmmədovun, Amil Həsənoğlunun, Kikboksinq üzrə altıqat dünya çempionu Pərviz Abdullayevin Baş İdarənin əməkdaşları ilə birlikdə ailələrlə görüşü yadda qalan olub. Tədbirdə maraqlı oyunlar, kiçik konsert təşkil olunub.