“Tanış olan kimi hamilə qaldım...”

tanis-olan-kimi-hamile-qaldim
Oxunma sayı: 4407

Məşhur model Alessandra Ambrosio “Cosmopolitan” jurnalına müsahibə verib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, model müsahibəsində özəl həyatı barədə danışıb, sevgilisi Jamie Mazurla 8 il əvvəl tanış olduğunu söyləyib:

“Sevgilimlə 8 il əvvəl tanış oldum, elə o vaxtı da hamilə qaldım. Bu anı gözləmirdim, uşaq bizim həyatımızı tamamilə dəyişdirdi. Əslində 20 yaşından etibarən ana olmaq istəyirdim, amma 26 yaşımda bu istəyim reallaşdı. Hər şeydən uzaqlaşdım, “Viktoriya Sekret”lə bağladığım müqaviləni dondurdum.

Hələ də rəsmi nikahımız yoxdur, ancaq çox xoşbəxtik. Həddindən artıq işlərim çoxdur, bu səbəbdən evlənmək barədə düşünmürəm. Qısası, evlənməyə vaxtım yoxdur”.

Xatırladaq ki, cütlüyün 7 yaşlı qızı və 3 yaşlı bir oğlu var.