Tanış olun, bura məhkəmədir... - - Foto

tanis-olun-bura-mehkemedir-
Oxunma sayı: 2406


Sosial şəbəkədə əksəriyyət məhkəmə binasına bənzəməyən, yalnız üzərindəki yazı ilə hansı tikili olduğu bilinən bu foto ilə bağlı tənqidi fikirlər yazıb. Təbii ki məhkəmə binası uçuq-sökük də ola bilər. Əsas binanın necə olması deyil, orada çıxarılan hökm və qərarların ədalətli olmasıdır.

 Yeri gəlmişkən, Qazax şəhəri, Səməd Vurğun küçəsi-29 ünvanında yerləşən Qazax rayon Məhkəməsində cəmi iki nəfər hakim fəaliyyət göstərir ki, onlardan biri də sədrdir: Məhərrəm Allahverdiyev (Qazax rayon Məhkəməsinin sədri), Elnur Cəbiyev (Qazax rayon Məhkəməsinin hakimi).

 Elçin Əhliman