Martın 29-da Bakı şəhər sakini Sevins Hüseynova M.Ə.Rəsulzadə qəsəbəsi Musabəyov küçəsində yaşayan tanışı Yasəmən Salıyevanın mənzilinə gələrək şəxsi münaqişə zəminində onu kapron corabla boğaraq öldürüb, martın 30-da könüllü olaraq Binəqədi RPİ 4-cü PB-yə gələrək təslim olub.
Martın 20-də Sumqayıt şəhər sakini Təranə Səfərovaya məxsus məişət malları A.M.Cuma küçəsində yerləşən şirkətinin qarşısından oğurlanıb. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ruhanə Şahmərdanova tutulub.
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Manaf Paşayev tutulub.
Martın 27-də Lökbatan qəsəbəsi 28 may küçəsində naməlum şəxs qəsəbə sakini Asif Nəsirovun əlindən mobil telefonunu alıb. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Qobustan qəsəbə sakini Adil Şahbalayev tutulub.
Martın 29-da Bakı şəhər sakini Məmməd Məmmədov sərxoş vəziyyətdə Dəmiryol küçəsində yaşayan Yadigar Əliyevə bıçaq xəsarəti yetirdiyinə görə Binəqədi RPİ PPXB və 4-cü PB-nin əməkdaşları tərəfindən tutulub.
Martın 29-da Bakı şəhər sakini Seymur Quliyevə məxsus, D.Əliyeva küçəsində yerləşən mağazadan qapının qıfılını sındırma yolu ilə pul və 2 ədəd mobil telefon oğurlanıb. Nəsimi RPİ PPXB, 22-ci PB və 19-cu PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Pərviz Niyazov tutulub. Müəyyən olub ki, o martın 24-də Suzanna Abdullayevaya məxsus, A.Məhərrəmov küçəsində yerləşən gözəllik salonundan, açar seçmə yolu ilə 100 manat, martın 28-nə keçən gecə Rübail Rüstəmova məxsus H.B.Əliyev küçəsində yerləşən mağazadan, nəfəsliyin dəmir barmaqlığını sındırmaq yolu ilə 800 manat oğurlayıb, Gülyaz Həsənovaya məxsus Kazımovski küçəsində yerləşən aptekdən, nəfəslikdən keçmək yolu ilə oğurluğa cəhd edib. Martın 29-da Elşad Salahova məxsus M.Cəfərov küçəsində yerləşən mağazadan, qapını sındırmaq yolu ilə 70 manat qarət edib.
BPİ DYPİ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, martın 29-da Babək prospektində Bakı şəhər sakini Hikmət Sadıqovun idarə etdiyi «BMW» markalı avtomobildən 2 ədəd pnevmatik tapança və 7 ədəd 9 mm patron aşkar edilib.
Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Ramin Cəfərli tutulub.
Son xəbərlər
Son Xəbərlər