Tanışını ayağından güllələdi

tanisini-ayagindan-gulleledi
Oxunma sayı: 976

Fevralın 25-də gecə saat 2 radələrində Yevlax rayonu ərazisindən Rəşid Həsənovun güllə yarası xəsarəti ilə Mərkəzi Xəstəxanaya gətirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, həmin şəxsə pnevmatik tapança ilə xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Tural Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. T. Məmmədov dindirilmə zamanı aralarında baş vermiş münaqişə zəminində R. Həsənovun sol ayağına atəş açaraq xəsarət yetirdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Murad Əhməd