Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Orxan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə Orxan Əhmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2015-ci ilin noyabrın 28-də Nərimanov rayonu ərazisindən baş verib. Bakı şəhər sakini Ramin Həsənov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Orxan Əhmədov tutulub. O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.
Son xəbərlər
Son Xəbərlər