Tanışını bıçaqlayan zalda həbs edildi

tanisini-bicaqlayan-zalda-hebs-edildi
Oxunma sayı: 748

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə hökm oxunub. 

Məhkəmə kollegiyasının hökmü ilə N.Əliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan N.Əliyev məhkəmə zalındaca həbs edilib.

Murad Əhməd