Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü İlkin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ənvər Seyidovun icraatında olan prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə İ.Abdullayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2016-cı il avqust ayında Suraxanı rayonu Qum adası qəsəbəsində baş verib. Qəsəbə sakini İ.Abdullayev 1983-cü il təvəllüdlü Abbas Orucovun qol və döş nahiyəsinə iki bıçaq xəsarəti yetirib.
A.Orucov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub. İ.Abdullayev isə könüllü olaraq polis bölməsinə gedib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər