Bakı Ağır Cinayətlər Məhkəməsində birlikdə araq içdiyi tanışını öldürməkdə təqsirləndirilən 1964-cü il təvəllüdlü Bəxtiyar Çobanova hökm oxunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə B.Çobanov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə Xudat şəhərində baş verib. Bəxtiyar Çobanovun evində yeyib-içdikədən sonra aralarında yaranan münaqişə zəminində o, 1968-ci il təvəllüdlü Babayev Hikmət Zahuddin oğlunu qətlə yetirib. B.Çobanov H.Babayevə 11 bıçaq zərbəsi vurub. Həm də onun boğazını kəsib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər