Tanışını qarajda baltaladı

tanisini-qarajda-baltaladi
Oxunma sayı: 2057

Bakıda 30 yaşlı kişinin əli baltalanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə fevralın 2-də Yasamal rayonunda baş verib.

Bəşir Səfəroğlu küçəsində yerləşən qarajda Ehtiram adlı şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Murad Quliyevin sol əlinə balta ilə zərbə vurub.

Qaraj M.Quliyevə məxsus olub. Hadisə ilə bağlı araşdırma aparılır.

Murad Əhməd